BİZNES

SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A. Ş” Almaniyanın “EWE AG” şirkətindən Türkiyədə şəhərdaxili qazpaylama şirkətlərini satın alıb.

"BI" xəbər verir ki, şirkətin Türkiyədəki törəməsi “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz” “EWE Enerji”, “Enervis” şirkətləri SOCAR-a satılıb. Məlumata görə, əqdin dəyəri 140 milyon dollar təşkil edir.

Qeyd edək ki, “EWE Turkey Holding” 2007-ci ildə Türkiyə bazarına daxil olub. “EWE” “Bursagaz” və “Kayserigaz”da 80% paya sahib olub. Bu şirkətlərdə “Çalık Enerji”nin 10%, müvafiq bələdiyyələrin isə 10% payı var.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)