Azərbaycanda koronavirusdan 7 nəfər vəfat edib - YOLUXMA YÜKSƏK OLARAQ QALIR
Azərbaycanda 478 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə "ENA"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Eləcə də bax: Məşhur həkim: "Bu gedişlə peyvəndə ehtiyac olmadan virus tədricən yox olacaq"
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 4345 koronavirus testi aparılıb.