Azərbaycanın idxalı Rusiyadan azalıb, Türkiyə və Çindən artıb
Azərbaycanın Rusiyadan idxalı azalıb.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan 2020-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyon 202 dollarlıq və ya 5,8% az olmaqla 769 milyon 440 min dollarlıq mallar idxal edilib. 2019-cu ilin yanvar-may aylarında Rusiyadan 816 milyon 642 min dollarlıq mallar idxal edilmişdi.
Qeyd edilən dövrdə Azərbaycanın Türkiyədən idxalı isə 46 milyon 906 min dollar və ya 8,3% artaraq 614 milyon 189 min dollar təşkil edib.
2020-ci ilin ilk 5 aynda Azərbaycanın Çindən idxalı isə 57 milyon 426 min dollar və ya 11,9% oartaraq 541 milyon 221 min dollar təşkil edib.
İXRAC RUSİYAYA CÜZİ ARTIB, ÇİNƏ KƏSKİN AZALIB
Azərbaycanın Rusiyaya ixracı 2020-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 221 min dollar artaraq 278 milyon 884 min dollar təşkil edib.
Qeyd edilən dövrdə Azərbaycanın Türkiyəyə ixracı 267 milyon 2 min dollar artaraq 1 milyard 249 milyon 605 min dollar, Çinə ixracı isə 414 milyon 27 min dollar azalaraq 188 milyon 960 min dollar təşkil edib.