Vakansiyalar

BOKT baş mühasib axtarır - MAAŞ 1200 MANAT

Azmikroinvest Bank Olmayan Kredit Təşkilatı

Baş mühasib

Vəzifə və öhdəliklər

• Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
• Daxili nəzarət (audit)

Bilik və bacarıqlar

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi.
• Mükəmməl İnglis dili bilikləri.
• Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
• Xaricdə təhsil almış namizədlər əlavə dəyərləndiriləcəklər.

Tələblər

• İş rejimi həftədə 5 gün (09.00-18.00)
• Əmək haqqı 1200 AZN

• Yaş həddi 40 yaşa qədər

• Uyğun namizədlər “CV”- lərini ahmadzadailgar@gmail.com mail ünvanına göndərə bilərlər

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department