İki beynəlxalq şirkət Azərbaycanda fəaliyyətə başlayır
Şotlandiyanın dəniz avadanlıqlarının istehsalı və icarəsi üzrə ixtisaslaşmış “Motive Offshore” şirkəti və dəniz platformaları və sualtı qurğuların dizaynı, quraşdırılması sahəsində ixtisaslaşmış beynəlxalq “Orca Offshore” şirkəti arasında Azərbaycanda fəaliyyət üzrə anlaşma memorandumu imzalanıb.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, imzalanan müqavilənin müddəti 2 illikdir.
“Hazırda bir sıra yüksək səviyyəli qlobal tərəfdaşlarımız var və "Orca" ilə olan anlaşma gələcək əməkdaşlıq üçün əla fürsətdir”,- deyə “Motive Offshore” şirkətinin Baş icraçı direktoru Deyv Acton bildirib.
“Orca Offshore” şirkətinin direktoru Craig Dunn qeyd edib ki, “Motive Offshore” şirkətinin geniş texniki təcrübəsi “Orca” şirkətinin Azərbaycandakı mövcud neft və qaz biznesinə qarşılıqlı fayda təmin edəcək əməkdaşlıqdır və memorandum bölgədəki imkanları artırır.
“Hər iki şirkət Bakıda əsas EPC (Layihələndirmə, Satınalma və Tikinti) podratçı altırəqəmli müqavilə imzalayıb. Məhsul və xidmətlərin hər birini Azərbaycanın daxili bazarına çıxarmaq üçün birlikdə işləməkdə davam etməyi planlaşdırırıq”,- deyə “Motive Offshore” şirkətindən bildirilib.