Sığorta

"Naxçıvan Sığorta"nın mənfəəti 2 dəfə azaldı

"Naxçıvan Sığorta" ASC 2019-cu ili 82 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2018-ci ilə nisbətən 58,8% və yaxud 2,4 dəfə azdır.

Ötən il "Naxçıvan Sığorta"nın gəlirləri 292 min manat (illik müqayisədə 23% az), xərcləri 189 min manat (25,2% çox), mənfəət vergisi ödəmələri isə 20 min manat (təxminən 30% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 6,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,1 dəfə artaraq 471 min manata, balans kapitalı isə 1,5% artaraq 5,7 milyon manata çatıb. 

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 5,5 milyon manat, səhmdarı isə 100% "Naxçıvan Bank" ASC-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)