BİZNES

Daha bir ASC ləğv olunur - SƏHMDARLAR TOPLAŞACAQ

"Bəhramtəpə Tikinti Materialları" ASC ləğv olunur. Bununla əlaqədar olaraq şirkətin səhmdarları yanvarın 4-də toplaşacaqlar. 

"BI" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin qəzeti  məlumat yayıb. Bildirilib ki, səhmdarların növbədənkənar ümumi yığıncağında əsas 4 məsələ müzakirə ediləcək: 

1. ASC-nin ləğv edilməsi ilə əlaqədar görülən işlər barədə ləğvetmə komissiyasının hesabatı, ləğvetməbalansının təsdiqi,

2. ASC-nin qalıq əmlakının iştrakçılar arasında  bölünmsi planını əks etdirən hesabatın təsdiqi,

3. Hmin hesabata uyöun olaraq Cəmiyyətin əmlakının əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməs, onun natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslm aktlarının təsdiqi,

4. Ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi.

Yığıncaqda digər məsələlər də müzakirə ediləcək. Gündəliyə dair sənədlərlə ASC-nin yürləşdiyi ünvanda tanış olmaq mümkündür. 

Toplantı İmişli rayonu, Bəhramtəpə STQ, Bəhramtəpə qəsəbəsindəki cəmiyyətin inzibati binasında keçiriləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)