"AGBank" və "NBC Bank"ın əmanətçilərini bu ünvanlarda gözləyəcəklər
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə müraciət edib.
"ENA"nın məlumatına görə, müraciətdə əmanətçilərə kompensasiya ödənişi üçün agent-bank qismində seçilmiş "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) bu məqsədlə ayrılmış filialları barədə məlumat verilib.
Həmin filiallar aşağıdakılardır:
Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq ödəniləcək. ABB-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
- 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər;
- 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən çox olan əmanətlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.
Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan ABB-nin müvafiq filiallarından və www.adif.az saytından, hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.
“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.