“Az-Granata”nin baş direktoru İSTEFA VERDİ
“Az-Granata” şirkətinin baş direktoru Anar Bayramov istefa verib.
ENA.az-ın məlumatına görə, bu barədə qərarını o sosial şəbəkədə açıqlayan A.Bayramov deyib ki, çox fikirləşdikdən sonra Azgranata-dan ayrılmaq qərarına gəlib:
“Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm. 8 ildir karyeram əsasən (kiçik ara ilə) Azgranata və Modern Group ilə bağlı oldu. Hər zaman təsisçilərin etimadını gördüm, əlimdən gələni etdim ki, etimadı doğruldum komandamızla birlikdə. Allaha şükürlər olsun ki, alnımız açıqdır.
Bütün komanda yoldaşlarıma uğurlar arzulayıram, inanıram ki, gələcəkdə şirkətin uğurları daha da çox olacaq. Bundan sonra da Azgranata mənə çox doğma, əziz şirkət olaraq qalacaq”.
Gələcək planları ilə bağlı fikri bildirən A.Bayramov bildirib ki, işi biznes idarəçiliyidir:
“Əlimdən başqa bir iş gəlmir”.