Gürcüstanda azərbaycanlıların yaşadığı 3 kəndə yeni status verilib
Gürcüstanın Dmanisi rayonunun mərkəzi və 8 kəndinə yüksək dağlıq yaşayış məntəqəsi statusu verilib.
ENA.az xəbər verir ki, bununla bağlı ölkənin “Yüksək dağlıq bölgələr” haqqında qanununa dəyişikliklər qəbul olunub.
Kənd yaşayış məntəqələrinə Didi Dmanisi, Patara Dmanisi, Tnusi (Dunus), Ktsia, Vardisubani, Yaqublu, Maşavera və Pantiani (Armudlu) daxildir. Tnusi, Yaqublu və Pantiani kəndlərində azərbaycanlılar yaşayır.
Yeni status alan 9 yaşayış məntəqəsinin 5 733 sakini dövlətin təqdim etdiyi bir sıra xüsusi güzəştlərdən faydalana biləcək. Bu güzəştlərə pensiyaların artırılması, sosial ödənişlər, kommunal tariflərin azaldılması və s. daxildir.