Sosial iqtisadiyyat

Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR

Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

ENA.az-ın məlumatına görə, onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

  • Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);
  • Yaxın qohumların dəfnində iştirakla əlaqədar.

    Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına görə, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün DİN-nin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət etməlidirlər:
  • “İyun ayının 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq".
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department