Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün TAM BOŞALDILDI

"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".
ENA.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:
"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000-8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".