Sosial iqtisadiyyat

Hökumət koronavirusa görə pul ayırdı

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) vəsait ayırıb.

ENA.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 80s nömrəli Sərəncamı ilə dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılmış vəsaitdən koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlərin həyata keçirilməsi, tələb olunan diaqnostik dəstlərin, avadanlıqların və ləvazimatların, fərdi mühafizə vasitələrinin, laboratoriya materiallarının alınması məqsədilə AQTA-nın tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna 442 745,03 manat (dörd yüz qırx iki min yeddi yüz qırx beş manat üç qəpik) məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department