BİZNES

Türklər 1,8 milyard dollara oyun şirkəti satdılar

ABŞ-ın oyun şirkəti Zynga, Toon Blast və Toy Blast oyunlarının yaradıcısı Türkiyənin Peak Games şirkətini 1,8 milyard dollara satın alıb.

ENA Zynga-nın yaydığı açıqlamaya istinadən xəbər verir ki, Peak Games-in 100%-i təxminən 900 milyon dolları nağd və təxminən 900 milyon dolları Zynga-nın səhmləri qarşılığında satın alınıb.

Peak Games dünyanın ən yaxşı puzzle oyunu yaradıcılarındandır.

Dünyada məşhur oyun yaradıcısı Zynga-nın səhmləri Türkiyənin oyun şirkəti Peak Games-i 1,8 milyard dollara satın almasının ardından 8 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Nasdaq Birjasında ZNGA kodu ilə ticarət olunan Zynga şirətinin səhmi bazar ertəsi günü 5,57% bahalaşaraq 9,66 dollara yüksəlib. Şirkətin səhmləri gün ərzində 9,87 dollar dəyərinə çataraq 8 ilin ən yüksək səviyyəsini qeyd etdi.

Şirkət-in illik gəlir proqnozu da 1,65 milyard dollardan 1,69 milyard dollara yüksəldilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)