Bağlanan banklardakı sığortalanmayan əmanətlər də qaytarılacaq? - AÇIQLAMA
“Banklar haqqında” qanuna görə, müəyyən edilən sıralama ilə ilkin olaraq sığortalanmış əmanətlər qaytarılacaq.
ENA.az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortlanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.
T.Piriyev qeyd edib ki, sığortalanmayan əmanətlərin geri qayatarılması ən sonda həyata keçiriləcək.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə deyib ki, ilkin hesablamalara görə, bağlanan 4 bankda 110 milyon manat əmanət var.