Birja

Neft Fondu dollar satışını 56% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

ENA.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur. 

Təkcə may ayında isə ARDNF-in valyuta satışının məbləği 334 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayına nisbətən 5,2% azdır.  Səbəbə gəlincə, ötən ilin may-iyun aylarında dollarla bağlı ajiotaj vardı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)