Bank

Əhali bir ayda 500 milyona yaxın pulunu banklardan geri çəkib

Mayın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 758 milyon manat təşkil edib. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bir ayda əhali banklardan 493,7 milyon manatını geri çəkib. 

Belə ki, bu göstərici aprelin 1-i üçün 8 milyard 158.7 milyon manat təşkil edirdi. Hüquqi şəxslərin hesablarında da ərimə qeydə alınıb. Ümumilikdə depozit portfeli bir ayda 646,6 milyon manat azalıb. Göründüyü kimi, bunun böyük hissəsi fiziki şəxslərin əmanətlərinin hesabına baş verib. 

Mayın 1-nə olan məlumata görə, banklardakı depozitlərin ümumi həcmi 19 milyard 940 min manat təşkil edir. Bunun 12 milyard 282.5 milyon manatı hüquqi şəxslərin payına düşür. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)