BİZNES

Gömrükdən ödənişsiz keçirilən spirtli içki və siqaretin miqdarı 3 dəfə azaldıldı

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
 

Eləcə də bax: Pensiyalarla bağlı mühüm yenilik – TƏLƏBLƏR DƏYİŞİR
 
"BI" xəbər verir ki, dəyişiklik  fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilməsi ilə əlaqədardır.
 
İndiyə qədər hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilərdi. Dəyişikliyə əsasən gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək alkoqollu içkinin miqdarı 2 dəfə, siqaretin miqdarı 3 dəfə azaldılıb. Başqa sözlə, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)