Bank

Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

ENA.az xəbər verir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.

LƏĞV PROSESİNDƏ OLAN “AMRAHBANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“KAPİTALBANK” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

     
Sıra № “Amrahbank” ASC-nin filialları Filialların ünvanı “Kapital Bank” ASC-nin filialları Filialların ünvanı və əlaqə nömrəsi
BAKI ŞƏHƏRİ ÜZRƏ
1 Gənclik filialı Oqtay Kərimov küç., 70D

Xətai filialı

S.Orucov küç., 12

Tel: 012 490-41-30

012 490-45-30

012 490-45-28

2 Baş Ofis Xocalı pr., 36A
3 Şərq filialı Xətai pr., 21
4 İnqilab filialı Həsən Əliyev küç., 74 Gənclik filialı H. Əliyеv küç., 82, 889-cu məhəllə Tel: 012 598-05-61 012 598-05-05
5 Nərimanov filialı Həsənoğlu küç., 9 Əhmədli filialı Sarayevo küç., 7Q Tel: 012 374-46-06
6 4 saylı şöbə Nizami küç., 100C

İçərişəhər filialı

Bünyad Sərdarov küç., 14 Tel: 012 492-33-24

012 492-35-58

012 492-33-51

7 Səbail filialı Nizami küç., 187a
8 Azadlıq filialı Azadlıq pr., 753-cü məhəllə Şuşa filialı 8 M/R, İbrahimpaşa Dadaşov küç.3158/3156-cı məhəllə Tel: 012 565-03-34 012 565-03-35

012 565-03-36

9 Əməliyyat filialı Cəfər Cabbarlı küç., 44 Cəfər Cabbarlı filialı Cəfər Cabbarlı küç., 5A Tel: 012 596-20-04
10 Binəqədi filialı Cavadxan küç., 32/45 Binəqədi filialı Asif Məhərrəmov küç., 174 Tel: 012 431-78-19 012 431-78-15

012 431-78-16

11 Həzi Aslanov filialı Məhəmməd Hadi küç., 68 Həzi Aslanov filialı Х.Məmmədov küç., 13 Tel: 012 379-26-18 012 379-62-31
12 Müştəri xidmətləri departamenti 657-ci məhəllə, Hüseynqulu Sarabski küç.,45A (01.05.2019-cu ildən Xocalı pr. 36A ünvanına köcürülmüşdür)
28 May filialı

Füzuli küç., 71 Tel: 012 441-15-54
13 Express filialı Xəqani küç., 11/13
14 Qara Qarayev filialı Şirin Mirzəyev küç., 58 Qara Qarayev filialı Qara Qarayev pr., 29 Tel: 012 421-11-01 012 421-00-15

012 421-14-27

15 Bakıxanov filialı Bakıxanov qəsəbəsi, N. İsmayilov küç., 2 Bakıxanov filialı Bakıxanov qəsəbəsi, Sakit Qocayev küç., 13A , 13B, 13C Tel: 012 565-43-88 012 565-43-89

012 565-43-90

16 28 May filialı 28 may küç., 74, 717-ci məhəllə
Badamdar filialı

Badamdar qəsəbəsi, M.Müşfiq küç., 2e Tel: 012 310-08-97
17 Yasamal filialı Şərifzadə küç., 158
18 Sahil filialı Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 262 A Səbail filialı Zərifə Əliyeva pr., 63 Tel: 012 493-80-10 012 493-99-24

012 493-28-84

REGİONLAR ÜZRƏ
19 Bərdə filialı Bərdə ş., Heydər Əliyev pr., 110 Bərdə rayon filialı Bərdə ş., M.Rəsulzаdə küç.,11 Tel: 020 205-11-02 020 205-53-47
20 Sumqayıt filialı Sumqayıt ş., Heydər Əliyev pr., 11/38 Sumqayıt filialı Sumqаyıt ş., C.Cаbbаrlı küç., 1 (40-cı məhəllə) Tel: 018 642-23-75
21 Lənkəran filialı Lənkəran ş., Həzi Aslanov pr., 1 Lənkəran şəhər filialı Lənkərаn ş., M.Nəsirli küç., 3 Tel: 025 255-05-25 025 255-45-21

025 255-14-44

22 Masallı filialı Masallı ş., Heydər Əliyevpr. Masallı rayon filialı Mаsаllı ş., H.Əliyеv pr., 91 Tel: 025 215-60-97
23 Gəncə filialı Gəncə ş., M.A.Abbaszadə küç., ev 25 Gəncə rayon filialı Gəncə ş., Cаvаdхаn küç., 24 Tel: 022 256-10-96
24 Şəmkir filialı Şəmkir ş., 20 Yanvar küç., 8 Şəmkir rayon filialı Şəmkir ş., 20 Yanvar küç., 2 Tel: 022 305-35-88

LƏĞV PROSESİNDƏ OLAN “ATABANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“KAPİTALBANK” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

     
Sıra № “Atabank” ASC-nin filialları Filialların ünvanı “Kapital Bank” ASC-nin filialları Filialların ünvanı və əlaqə nömrəsi
BAKI ŞƏHƏRİ ÜZRƏ
1 Nərimanov filialı Ə.Rəcəbli küç., 9 Nərimanov Kart Mərkəzi filialı Mirzəbala Əhmədzadə küç., 13 Tel: 012 567-37-83 012 567-37-84
2 Sahil şöbəsi Puşkin küç.9, qapı 1 və 2 Səbail filialı Zərifə Əliyeva pr., 63 Tel: 012 493-80-10 012 493-99-24

012 493-28-84

3 Bakı filialı Neftçilər pr., 67 Sahil filialı Bül-bül pr., 18 A Tel: 012 493-46-05 012 493-46-08

012 493-45-64

4 Nizami filialı R.Rüstəmov küç., 139 b Nizami filialı 8-ci km qəsəbəsi, B.Nuriyev küç., 10A Tel: 012 374-08-21

012 370-95-43

012 374-21-40

5 Yasamal filialı İnşaatçılar pr., məhəllə 533

Yasamal filialı


Landau küç., 6 Tel: 012 510-72-93
6 Elmlər şöbəsi B.Vahabzadə küç., 12, 558-ci məhəllə
7 Dostluq filialı (kompensasiya məbləği 1000 manatadək) Azadlıq pr.,124 Qara Qarayev filialı Qara Qarayev pr., 29 Tel: 012 421-11-01 012 421-00-15

012 421-14-27

8 Dostluq filialı (kompensasiyaməbləği 1000 manatdanyüksək(1000 manat daxil olmaqla)) Azadlıq pr.,124 Nəsimi filialı İ. Qasımov küç., 4 Tel: 012 595-31-27 012 595-31-26

012 502-49-75

9 Müştəri Xidmətləri Departamenti – Baş ofis (kompensasiya məbləği 1000 manatadək) Ş.Bədəlbəyli, 102 Mərkəz filialı Bülbül pr., 60 Tel: 012 505-82-03 012 505-82-04
10 Müştəri Xidmətləri Departamenti – Baş ofis (kompensasiya məbləği 1000 manatdan yuxarı (1000 manat daxil olmaqla)) Ş.Bədəlbəyli, 102 Neftçilər Kart Mərkəzi filialı R. Rüstəmov küç.,44D Tel: 012 520-27-83
REGİONLAR ÜZRƏ
11 Şirvan filialı Şirvan ş., Heydər Əliyev pr., 6a

Şirvan şəhər filialı


Şirvаn ş., M.Ə.Rəsulzаdə küç. 1

Tel: 021 215-70-77

12 Əli-Bayramlışöbəsi Şirvan ş., 20 yanvar küç. 9
13 Çinar filialı Naftalan ş., Şirvan pr., 12 Naftalan şəhər filialı Nаftаlаn ş., Ş.Qurbаnov küç., 11 Tel: 022 352-11-01

022 352-13-96

14 Şəmkir filialı Şəmkir ş., Heydər Əliyev pr., 17 Şəmkir rayon filialı Şəmkir ş., 20 Yanvar küç., 2 Tel: 022 305-35-88
15 Yevlax filialı Yevlax ş., Nizami küç., 10 Yevlax rayon filialı Yеvlах ş., H.Əliyеv pr., 20 Tel: 022 336-14-36 022 336-22-45

022 336-46-61

16 Lənkəran filialı Lənkəran ş., H.Aslanov xiyabanı, 48a Lənkəran şəhər filialı Lənkərаn ş., M.Nəsirli küç., 3 Tel: 025 255-05-25 025 255-45-21

025 255-14-44

17 Göyçay filialı Göyçay ş., M.Ə.Rəsulzadə küç.,112a Göyçay filialı Göyçаy ş., H.Z.Tağıyev küç. Tel: 020 274-80-65 020 274-80-66

020 274-80-67

18 Mingəçevir filialı Mingəçevir ş., Heydər Əliyev pr., 68/20 Mingəçevir şəhər filialı Mingəçеvir ş., V.Hüsеynov küç. 10/97 Tel: 024 274-30-78
19 Sumqayıt filialı Sumqayıt ş., Ş.Bədəlbəyli küç., 1 Qubadlı filialı Sumqаyıt ş., 17-ci məhəllə, H.Əliyеv pr., 11/38, sahə 7 Tel: 018 654-23-28 018-654-23-58

018-654-24-67

20 Gəncə filialı Gəncə ş., Atatürk pr., 251


Gəncə KartMərkəzi filialı



Gəncə ş., H. Əliyev pr., 101A Tel: 022 266-34-08

Tel: 022 266-34-12

21 MKX Gəncə şöbəsi Gəncə ş., Totanlı küç., Mərkəzi Klinika Xəstəxanası
22 Xəmsə şöbəsi Gəncə ş., Heydər Əliyev pr.,60
23 Xaçmaz filialı Xaçmaz ş., Heydər Əliyev küç., 20 Xaçmaz rayon filialı Хаçmаz ş., H.Z.Tаğıyеv küç., 9 Tel: 023 325-37-87 023 325-20-68

023 325-46-23

24 Quba filialı Quba ş., Heydər Əliyev pr., məhəllə 21 Quba rayon filialı Qubа ş., H.Əliyеv pr., 23 Tel: 023 335-19-49 023 335-26-26

023 335-38-80

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department