Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir?
İLHAM ŞABANIN BAREL SÖHBƏTLƏRİ...
Gömrüyümüz bildirir ki, İ rübdə İrandan 10 vaqon (519 ton) Ai-95 benzini idxal etməyə başlamışıq...
İndi Forbes-də yanacaqla bağlı yazı oxuyuram. Apreldə Rusiyada Premium Euro-95 markalı benzinin litri $0,61-0,63 (1,04-1,07 manat), ABŞ-da isə $0,58-0,59 (0,99-1 manat) olub.
Maraqlandım ki, bəs Gürcüsanda bu marka benzin neçəyə satılıb - $0,66-0,67 (1,12-1,14 manat).
Aprel ayı ərzində Azərbaycanda Premium Euro-95 markalı benzinin litri 1,20 manata satılıb.
Bizdə 1 aprel 2014-cü il tarixdən yüksək oktanlı benzinin qiymətinin dövlət tərəfindən (Tarif Şurası) tənzimlənməsi ləvğ edilib. Bəs ləvğ edilibsə, onda ölkədəki 900-ə yaxın yanacaqdoldurma məntəqəsində (mümkündür ki, hamısında Ai-95 satılmasın) niyə EYNİ (fiks) qiymət müşahidə edirik?
Mənası nədir bu bazarın monopoliyada saxlanılmasının? Ölkədə ildə 1,3 milyon ton benzin isehlak edilir, onun heç 60 min tonu belə yüksəkoktanlı benzinin payına düşmür?
Vətəndaşda sual yarana bilər - dövlət bazara əl qoymasa - qiymətlər daha da arta bilər axı? Kim nə istədi qiymət qoyar və EVİMİZ YIXILAR...
İnsanları qınamıram. Psixologiyaları Sovet dönəmindən QORXU, SƏK-SƏKƏ ilə fomalaşıb. İqtisadi menecment də onun kimi - bizim içərimizdən çıxanlardır da... Ancaq onları o qorxu yox, dövlətin nəzarətindən kənar BAZAR MÜNASİBƏLƏRİNİN formalaşması qorxudur. Deyim baxın:
BİRİNCİSİ: 2013-cü ilin dekabrından Azərbaycanda yanacağın qiyməti nə qədər qalxıb? - ortalama 70%. Bəs taksilərdə gediş haqqı nə qədər artıb? Təqribən 40% ucuzlaşıb: əvvəllər aeroporta neçəyə gedidiniz - 20 manata, indi həmin yolu 12-13 manata. Şəhərdə 5 manata əvvəl getdiyiniz yolu indi taksilər 3 manata can-başla aparırlar (qədeşbala dekan qabağında mürgü vuran taksofonluq edənlərə aid deyil - onlar son günlərini yaşayırlar, əhalinin savadlanma qabiliyyəti artdıqca, rəqəmsal texnologiyalar artdıqca bir çox HAVAYI pul qazanan peşələr yox olacaq).
Bəs məntiq hanı? Yanacaq bahalaşır, gediş haqqı ucuzlaşır. Cavab sadədir - taksi bazarında liberallaşma baş verdi, qayda-qanun tətbiq edildi və rəqabət yarandı. Ona görə də ara-sıra TAKSİLƏRİ fırlatmağa öyrəşmiş məmurlar istəyirlər bu sahədə DÖVLƏT TƏNZİMLƏMƏSİ tətbiq etsinlər.
İKİNCİSİ: bu baxımdan mən aşağı oktanlı yanacaq bazarının da TArif Şurasının nəzarətindən çıxarılması TƏRƏFDARIYAM... Düzdür, qısa bir müddət yanacaq satanlar HAVALANIB - nə istəsələr qiymət qoya bilərlər... ancaq bir balaca səbrə ehtiyac var: qısa zamanda BAZAR MÜNASİBƏTLƏRİ işə düşəcək axı - kim 10 litrdə yarım litrə qədər yanacaq kəsən, yanacağı BAHA satanın müştərisi olar? BAZAR ŞƏRAİTİNDƏ belə dəllalların aradan çıxması sadəcə ZAMANIN işidir... Ona görə də bazar qayda-qanunu işləyən sahələrdən çəkinməyin...ən azı PSİXOLOJİ olaraq... çünki bazar YARADICILIQ tələb edən sahədir, Dövlət Tənzimləməsi isə - OLMAZ və LİMİTLƏNMİŞ ÇƏRÇİVƏ deməkdir...
Ona görə də ölkələrin strateji SEÇİMİ onların vətəndaşlarının YARADICILIQ qabiliyyətinə bağlıdır...