Rəsmi

Vergi Məcəlləsinin ekspertiza maddəsinə dəyişiklik edildi

Vergi Məcəlləsinə görə, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir.

"BI" xəbər verir ki, Vergi Məcəlləsinin 44.5-ci maddəsi yeni redaksiyada verilir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzalayıb.

 

Qanunda deyilir:

44.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

Bundan əvvəl eyni maddədə qeyd edilirdi ki, ekspret, ona təqdim edilmiş materiallar kifayət qədər olmadıqda və ya ekspertizanın keçirilməsi üçün onun bilikləri kifayət qədər olmadıqda rəy verilməsindən imtina edə bilər.

Gömrük Məcəlləsinin də 323.1.6-cı maddəsi ləğv edilib və aşağıdakı məzmunda 323.2-1-ci maddə əlavə edilib.

“323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department