Axtar

Baş Prokurorluqda gözlənilməz qərar: müavinlər işdən çıxarıldı

Baş Prokurorluqda ciddi kadr dəyişiklikləri baş verir.

Baş prokuror Kamran Əliyev birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.

Onlarla bağlı Prezidentin bu gün sərəncam verəcəyi gözlənilir.İşdən çıxarılan şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlumdur.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “BakuPost”a bildirdi ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33