"Azərpoçt"un əməkdaşları velosipeddən istifadə edəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.
ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər.
Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq.