"Azərsu" 2,7 milyon manatlıq 3 tenderə yekun vurub
![](https://ena.az/uploads/news/2020-05/_ena_9d412c3d6c56c37fbcf9b6792_o.jpg)
"Azərsu" ASC içməli su təchizatı sistemlərində suyun xlorator tipli qurğularla zərərsizləşdirilməsi üçün lazım olan avadanlıqların satın alınması (1), generatorlarının əsaslı təmiri işləri (2), diyircəkli yastıqların satın alınması(3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, ilk 2 tenderin qalibi "Universal PRO", 3-cü tenderin qalibi isə "Hidsab" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 363 737 manat, 1 944 876 manat və 435 719 manat, ümumilikdə 2 744 332 manat ödəniləcək.