BİZNES

"Azərsun"dan 59 min manatlıq spirtli içki oğurlandı

"Azərsun Holdinq" MMC-də oğurluq hadisəsi baş verib. Hadisə şirkətin Abşeron rayonunda yerləşən anbarında qeydə alınıb.

Belə ki, MMC-nin anbarından 59 min manatlıq spirtli içki naməlum şəraitdə oğurlanıb.

Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)