“Həyat Farm” MMC nizamnamə kapitalını kəskin azaltdı
"Həyat Farm" nizamnamə kapitalını kəskin azaldıb.
ENA.az şirkətin elanına istinadən xəbər verir ki, cəmiyyətinin təsisçilərin ümumi yığıncağının qərarı ilə "Həyat Farm"ın nizamnamə kapitalı 1 milyon 100 min manatdan 100 manatadək azaldılmışdır.
“Həyat Farm” MMC 45 faiz pay ilə “Vita-A” özəl şirkəti (Azərbaycan Respublikası) və “R-Farm” (Rusiya Federasiyası) şirkətlər qrupu tərəfindən yaradılmış birgə müəssisədir. Şirkət Pirallahı sənaye parkında əczaçılıq məhsulları istehsalı üçün yaradılmış, lakin layihə reallaşmamışdır.