Azərbaycanda bankların reyestri açıqlanıb
Azərbaycanda bankların reyestri açıqlanıb.
Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumatda bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 13 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “AG Bank” ASC və 10 sentyabr 200-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “NBC Bank” ASC 15 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
Fond “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 15 may 2020-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Sıra sayı | Reyestr nömrəsi | Reyestrə daxil olma tarixi | Bankın adı |
1 | 1 | 30/07/07 | ASC “Xalq” Bankı |
2 | 3 | 30/07/07 | “Azərbaycan Beynəlxalq Bankı”ASC |
3 | 4 | 30/07/07 | “ACCESSBANK” QSC |
4 | 6 | 30/07/07 | Bank Melli İran Bakı filialı |
5 | 7 | 30/07/07 | “Azər Türk Bank” ASC |
6 | 9 | 30/07/07 | “Bank of Baku” ASC |
7 | 10 | 30/07/07 | “Bank Respublika” ASC |
8 | 11 | 30/07/07 | “Kapital Bank” ASC |
9 | 14 | 30/07/07 | “Muğanbank” ASC |
10 | 15 | 30/07/07 | “Yelo Bank” ASC |
11 | 16 | 30/07/07 | Pakistan Milli Bankının Bakı filialı |
12 | 17 | 30/07/07 | “Rabitəbank” ASC |
13 | 20 | 30/07/07 | “TuranBank” ASC |
14 | 21 | 30/07/07 | “UNİBANK” Kommersiya Bankı” ASC |
15 | 22 | 30/07/07 | “Yapı Kredi Bank Azərbaycan” QSC |
16 | 28 | 07/08/07 | “Expressbank”ASC |
17 | 31 | 10/09/07 | “Azərbaycan Sənaye Bankı” ASC |
18 | 35 | 25/10/07 | “Günay Bank” ASC |
19 | 36 | 04/12/07 | “Bank Avrasiya” ASC |
20 | 37 | 04/12/07 | “PAŞA Bank” ASC |
21 | 38 | 29/08/08 | “Naxçıvanbank” ASC |
22 | 39 | 16/01/09 | “AFB BANK” ASC |
23 | 40 | 26/02/09 | ASC “Bank VTB (Azərbaycan)” |
24 | 42 | 28/04/09 | “PREMİUM BANK” ASC |
25 | 43 | 15/04/10 | “Bank BTB” ASC |
26 | 45 | 15/05/15 | “Ziraat Bank Azərbaycan” ASC |