Bank

Atabank və Amrahbankın qorunan əmanətçilərinin DİQQƏTİNƏ!

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin əmanətçilərinə müraciət edib. 

ENA.az xəbər verir ki, müraciətdə deyilir: 

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 1-dən “Kapital Bank”ın müvafiq filiallarından və  www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Kapital Bank”ın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları mayın 20-dən “Amrah Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti, 36 A ünvanında yerləşən baş ofisindən və "Atabank"ın Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankların müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department