Rəsmi

Nazir kritik iclasda iştirak edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 6-da Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının iclasında iştirak edəcək.

“P.Şahbazov dekabrın 6-da Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 175-ci iclasında iştirak edəcək”, - deyə Energetika Nazirliyindən  məlumat verilib.

Dekabr ayının 5-də Vyanada OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası, daha sonra kartel ölkələrinin nazirlərinin toplantısı keçiriləcək. OPEC+ razılaşmasının iştirakçıları olan 25 ölkənin nazirləri dekabrın 7-də Vyanada toplaşacaqlar.

Bu iclaslar mühüm əhəmiyyətlidirlər. Neft ixracatçılarının hasilatın azaldılması barədə razılığa gələcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)