ENA+

“Boeing” aviaşirkəti Səudiyyə Ərəbistanına 1,85 mlrd. dollarlıq raket satacaq

ABŞ-ın “Boeing” aviaşirkəti Səudiyyə Ərəbistanı ilə 1,85 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.

ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Sazişə əsasən, “Boeing” Səudiyyə Ərəbistanına 1 000-dən çox hava hücumu və gəmi əleyhinə raket tədarük edəcək. Bundan başqa şirkət krallığın əvvəllər aldığı raketləri modernləşdirəcək.

Məlumata görə, “Boeing” Braziliya, Qətər və Tailandla gəmiəleyhinə raket tədürükü ilə bağlı müqavilə də imzalayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)