FTB yanlışlıqla 11 sentyabr hücumunun şübhəlisi olan vəzifəli şəxsin adını açıqladı
2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumda “Əl-Qaidə” terrorçularına yardım etməkdə şübhəli bilinən səudiyyəli vəzifəli şəxsin adı məlum olub.
ENA.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) yanlışlıqla açıqlayıb.
Məlumata görə, həmin şəxs Musaed Əhməd əl-Cərrahdir. İctimailəşən sənəddə onun 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin əməkdaşı olduğu vurğulanıb.
Bildirilib ki, səfirlik əməkdaşı əkiz qüllələrə hücum edən 2 terrorçuya yardım edib.