Bank

Banklar hesabatları təhrif edirlər, buna qarşı kəskin mübarizə aparacağıq

"Banklar real maliyyə vəziyyətini göstərməlidir. Situasiya olduğundan yaxşı göstərilməməlidir və bununla bağlı biznesin iradları doğrudur".

Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

Bağlanan banklarda biznesinin əmək haqqı üçün nəzərdə tutduğu vəsait də var və onların qaytırlması da belə görünür ki, uzun vaxtdan sonra reallaşacaq.  

"Bankların böyük həcmdə aktivləri var və həmin aktivlər satılandan sonra biznesin pulları qaytarılacaq. Kreditlərin üçdə ikisi əlaqəli şəxslərə verilib. Atabank və NBC bankda bu hal xüsusilə nəzərə çarpır. Biznesin vəsaitinin qaytarılması mərhələli şəkildə olacaq. Bu işləri ləğvedici orqan Əmanətlərin Sığortalanması Fondu həyata keçiriləcək". 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)