Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
E.Rüstəmov: AGB bir dəfə xilas etdik, amma... | ENA.az
Bank

E.Rüstəmov: AGB bir dəfə xilas etdik, amma...

Bağlanan 4 bankın sektorda rolu əhəmiyyətli deyildi. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, bu banklarda problemli kreditlərin həcmi real portfelin 73%-ni təşkil edir. "Atabank"da isə bu nisbət 88%-dir.

E.Rüstəmov bildirib ki, bağlanan banklarda 690 milyon manat əhalinin əmanəti vardı. Bu əmanətləri banklar geri qaytarmaq iqtidarında deyildi. Səbəblər isə çoxdur. Hər dörd bank məcmu kapitalını tam itirib. Onların bərpa olunması üçün 677 milyon manat tələb olunurdu. Bu məsələ isə yanvardan başlayaraq bank sədrləri ilə müzakirə edilib.

"2016-cı ildə AGB bir dəfə xilas etdik. Əhalinin 77 milyon manatını bu banka real kapital qoyuluşu kimi reallaşdırdıq. Amma yenə də bankın vəziyyəti müsbətə doğru getmədi", -deyə AMB sədri söyləyib.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)