Dövlət Agentliyinin mənfəəti "0" oldu
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2019-cu ilin sonu üçün əməliyyat gəliri 7 milyon 668 min 933,77 manat təşkil edib. Bu göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 60,8 dəfə çoxdur.
Xatırladaq ki, 2018-ci ilin sonunda Agentliyin əməliyyat gəliri 126000 117.68 manat təşkil etmişdi.
KOBİA-nın işçilər üzrə xərcləri 4 milyon 658 min 539.31 manat olub. Bu isə 4,2 dəfəlik bir artım olduğunu göstərir. Digər əməliyyat xərcləri isə 2 milyon 559 min 338.9 manat (artım 5.4 dəfə) təşkil edib. İstifadə olunmuş maddi ehtiyatlar 135 min 760.23 manat (artım 8.3 dəfə), amortizasiya xərcləri 314 min 484.98 manat olub.
KOBİA 2019-cu ili sıfır mənfəətlə başa vurub. 2018-ci ilin sonunda xalis zərəri isə 1 milyon 465 min 581.4 manat təşkil edirdi.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlna əsasən, Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin funksiyaları arasında Azərbaycanda KOS-ların inkişafına dəstək, KOS-lara müxtəlif xidmətlər göstərmək kimi kateqoriyalar var.