Azərbaycan aviaşirkətinə bu il 2-ci dəfə maya qoyuldu
"Silk Way Holding" MMC-yə daxil olan "Silk Vey Vest Aviaşirkəti" MMC-nin nizamnamə kapitalı daha 521 min 435 manat və yaxud 3% artırılıb.
Şikətin kapitalı 172 milyon 874 min 980 manatdan 173 milyon 396 min 415 manata çatdırılıb.
Bu, 2020-ci il ərzində "Silk Vey Vest Aviaşirkəti"nə 2-ci "maya qoyuluşu"dur. Bundan əvvəl şirkətin nizamnamə kapitalı 33 milyon 999 min 500 manat və yaxud 24,5% artırılaraq 138 milyon 875 min 480 manatdan 172 milyon 874 min 980 manata çatdırılmışdı.
Xatırladaq ki, "Silk Vey Vest Aviaşirkəti" isə 2012-ci ildə yaradılıb. Şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.