13 bankın əməliyyat gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 13-nün bu ilin 1-ci rübündəki əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "AFB Bank", "Azər-Türk Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Premium Bank", "Muğan Bank", "Yelo Bank", "AGBank", "Access Bank", Pakistan Milli Bankının Bakı filialı və "Bank VTB Azərbaycan"dır.
Ən çox azalma "Bank VTB Azərbaycan"da (58,5%), ən aza azalma isə "AFB Bank"da (1,2%) qeydə alınıb.
Qalan 15 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika "Naxçıvan Bank"da (79,1%), ən aşağı dinamika isə "Azərbaycan Beynəlxalq Bankı"nda (0,7%) qeydə alınıb.
4 bankın əməliyyat gəlirləri 35 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 4-nün bu ilin 1-ci rübündəki əməliyyat gəlirləri 35 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (154 milyon 929 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (139 milyon 17 minn manat), "PAŞA Bank" (76 milyon 713 min manat) və "Xalq Bank"dır (35 milyon 448 min manat).
Qalan 24 bankdan 11-də əməliyyat gəlirləri 10-29 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon