Yaponiyada “super-şəhər” inşa ediləcək
Yaponiya hökuməti “super-şəhər” adlı layihənin reallaşdırılmasını planlaşdırır. Bu şəhərdə qabaqcıl texnologiyaların sürətləndirilmiş rejimdə məqsədəuyğunluğunun dəqiqləşdirilməsi nəzərdə tutulur.
"BI" NHK telekanalına istinadla xəbər verir ki, həmin şəhərin sabiq sənaye meydançalarından birində inşa edilməsi planlaşdırılır. Həmin ərazidə insanların yaşayacağı da bildirilir.
Eləcə də bax: Azərbaycandan Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq
“Super şəhərdə” qabaqcıl texnologiyaların, o cümlədən pilotsuz avtomobillərin, video rabitə vasitəsilə telesəhiyyə texnologiyalarının və digər yeniliklərin intensiv şəkildə sınaqları aparılacaq.