Bank

"Bu qərar kreditləri də bahalaşdıracaq"

“Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərarını səhv hesab edirəm”.

Bunu tanınmış iqtisadçı-ekspert Samir Əliyev bildirib.

İqtisadçının sözlərinə görə, bu addımın atılması əmanətlərin illik faiz dərəcəsinin artmasına səbəb olacaq: “Kredit portfelində əmanətlərin payı 70% olduğunu nəzərə alsaq deməli, kredit faizlərinə də artırıcı təsir edəcək”.

Marja-ya verilən məlumatlara görə, son günlər əhalinin banklardan əmanətlərini geri götürməsi faktları artıb. Ehtimal ki, faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, Dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürür və dollar alınır. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)