AMB-nin sədri: "AGBank" və "Atabank"da sahibkarların 18 milyon manatı qalıb"
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "AGBank" və "Atabank"da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.
ENA.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
"Bu pulun da bir hissəsi bank sahiblərinin digər bizneslərinə aiddir və onlar özləri qayğısına qalmalıdır. Kənar iş adamlarının vəsaitlərinə gəlincə isə, prosedurlara uyğun olaraq bankların aktivləri Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ötürüləcək və həmin aktivlər reallaşdırıldıqdan sonra yekunda qalacaq vəsait hesabına sahibkarların pulları növbəlilik əsasında ödəniləcək.
Onu da deyim ki, Azərbaycanda iş adamları yalnız bir bankda hesab açmırlar, azı 2 bankla işləyirlər. Hər hansı bankda problem yarananda, hiss olunanda həmin hesablar başqa banka köçürülür və belə bank əməliyyatları reallaşdırılır", - deyə o qeyd edib.