Tanınmış rusiyalı milyarder intihar etdi
Rusiyalı milyarder Dmitri Bosov intihar edib.
ENA.az rbc.ru-ya istinadən xəbər verir ki, məlumatı iş adamının yaxınları təsdiqləyiblər.
52 yaşlı biznesmen mayın 6-na keçən gecə Usovodakı evində özünü öldürüb. İntiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, Dmitri Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibidir. O, “Forbes”in dünyanın ən zəngin biznsemenləri siyahısında 86-cı yerdədir.