Hadisə

Məhkəmə Vilyam Hacıyev barəsində QƏRAR VERDİ

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

ENA.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eləcə də bax: DTX tərəfindən saxlanılan icra başçısı Vilyam Hacıyevin sərvətinin SİYAHISI

V. Hacıyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)