Vakansiyalar

Dövlət qurumu işçi axtarır - VAKANSİYA

Dövlət orqanının adı: “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Şöbənin adı: Kiber təhlükəsizlik şöbəsi
Vəzifənin adı: Böyük mütəxəssis
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 89/91

Vəzifə funksiyaları:

• Mövcud serverlər üzərində çalışan əməliyyat sistemlərinin təhlükəsizlik analizinin, sızma testlərinin aparılmasını təmin etmək;
• Sistemlərin təhlükəsizliyinin dəyərləndirilməsini təmin etmək;
• Sistemlərdə yaranacaq boşluqların aradan qaldırılmasını təmin etmək;
• Modern DevOps mühitinin araşdırılmasını təmin etmək;
• DevOps mühiti üzərində təhlükəsizlik analizlərinin aparılmasını təmin etmək;
• DevOps mühiti üzərində yaranacaq boşluqların aradan qaldırılmasını təmin etmək;
• Windows və Linux əməliyyat sistemləri üzərində təhlükəsizlik tədbirləri aparılması üçün təlimatların hazırlanmasını təmin etmək;
• Yazılmış proyektlər üzərində kod incələnməsi aparılaraq boşluqların aşkarlanması;
• Təhlükəsizlik boşluqlarının aşkarlanması üçün avtomatlaşdırılmış alətlərin hazırlanması;
• Təhlükəsiz kod yazılması üçün standartların hazırlanması və tətbiq edilməsi;
• Şəbəkə və yaxud istifadəçi kompüterlərində zərərli kodların aşkarlanması və analizi;
• Avadanlıqlara aid proqram təminatlarında ortaya çıxa biləcək boşluqların aşkarlanması;
• IDS, IPS, WAF kimi avadanlıqların quraşdırılması və uyğun konfiqurasiyaların edilməsi;
• vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Təhsil və ixtisas tələbləri

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat, iqtisadiyyat və idarəetmə qrupu üzrə ali təhsili olanlara üstünlük verilir

Peşəkar bacarıqlara dair tələblər

• Proqramlaşdırma dilləri (C#, Java və s.)
• Web proqramlaşdırma (ASP.NET MVC, Spring MVC, PHP, HTML, Javascript, CSS və s.)
• Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.)
• Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux, Mac)
• “Microsoft Office” proqramları paketi (Word, Excel, PowerPoint, Access, Outlook və s.)

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

• Sahə üzrə iş təcrübəsi ən azı 2 il

İş yerinin əlavə faydaları

• Performansa uyğun əlavə ödənişlər
• Həm komandada, həm də müstəqil tapşırıqlar
• Şəxsi inkişaf imkanları
• Tibbi Sığorta

Son müraciət tarixi: 05.06.2020-ci il
Müraciət üçün: https://www.digital.gov.az/vacancies/39

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department