Bank

Dövriyyəsi 8 milyondan yuxarı olan 1700 müştərimiz var

Bu gün “PAŞABank” 2019-cu ilə həsr olunmuş maliyyə ilinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi.

ENA.az xəbər verir ki, bankın konsolidə edilmiş xalis mənfəəti 77 milyon manat olub.

“PAŞABank”ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, “PAŞABank-Azərbaycan”ın aktivlər 14% artaraq 4,8 milyard manata çatıb. Kredit portfeli böyüməklə yanaşı, keyfiyyəti də yaxşılaşıb. Müştəri bazasına gəlincə, T. Kərimov korporativ müştərilərin sayının 35% artaraq 1700 nəfərə çatdığını qeyd edib.

Yerigəlmişkən, bank illik dövriyyəsi 8 milyon manatdan yüksək olan müştəriləri korporativ seqmentə aid edir. Eyni zamanda, bankda hesab açan kiçik və orta biznesin sayı da artmaqdadır. “İlk rəqəmsal bank olmaq adına nail olacağıq. Hazırda ümumi əməliyyatların 98%-i internet bankinq üzərindən həyata keçirilir. POS terminalların sifarişi və quraşdırılmasının 86%-i də rəqəmsal kanallar vasitəsilə həyata keçirilib”, -deyə T.Kazımov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department