BİZNES

Karantində evdə çörək bişirənlərin, təraş edənlərin sayı artıb: Elektronika mallarına təlabat artıb

Karantin dövründə çörək çatışının həcmində azalma qeydə alındı. Bunun səbəblərindən biri kimi evdə çörək bişirilməyə başlanıldığını deyənlər yanılmayıblar. ENA.az xəbər verir ki, Azərbaycanda karantin dövründə aptek və ərzaq mağazalarından sonra insanların ən çox elektronika məhsullarına tələbatı artıb. Artım bütün kateqoriyalı məhsullarda müşahidə olunsa da, bəzi məhsullara maraq adi günlərlə müqayisədə bir neçə dəfə artıb.

"Kontakt Home"dən aldığımız məlumata görə, xanımların karantin günlərində çörəkbişirənlər, buxarlı və multibişiricilər, şirəçəkən və blenderlərə ekstra maraq yaranıb. Həmçinin paltaryuyan, soyuducu, qabyuyanlara, xüsusilə isə kiçik məişət texnikasına tələbat böyüyüb. 

Məişət texnikası hər zamankı kimi aktuallığını qoruyub. Bərbərxana və gözəllik salonları müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün aprel ayının ortalarından etibarən gözəllik kateqoriyasının məhsullarına tələbat kəskin artıb. Kişilər tərəfindən saçqırxan, üzqırxanlar, qadınlar tərəfindən epilyator, fen və manikur-pedikur dəstlərinə maraq adi vaxtdan bir neçə dəfə daha çox artıb.


Rəqəmsal texnika kateqoriyasında ən böyük tələbat gözlənildiyi kimi smartfon, noutbuk və TV-lərə olub. Əksər şirkətlərin evdən işləmə, təhsil müəssisələrinin isə onlayn dərs rejiminə keçməsi ilə əlaqədar telefon və noutbuklar indi əvvəlkindən daha çox tələb olunurlar. Lakin bu kateqoriyada ən böyük maraq şübhəsiz ki, televizorlara olub. Evdə sıxılmamaq, xəbərlərdən məlumatlı olmaq üçün hər kəs ekran başındadır. Bir də kişilər arasında ən böyük populyarlıq Playstation-lara müşahidə olunub. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)