“Atabank” və "Amrahbank”da əmanəti olanlara - ADİF MÜRACİƏT ETDİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Atabank” ASC və “Amrahbank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaqdır.
Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcəkdir.