MALİYYƏ

Mərkəzi Bankın sədri: “Bu mənim dostumun bankıdır, belə olmamalıdır”

Bağlanan 2 bankda və hazırda müvəqqəti inzibatçılığa verilən daha 2 bankda sahibkarların küllli miqdarda pulu var. Bank lisenziyası əsasında fəaliyyət göstərən banklara qanunvericiliyə uyğun olaraq sənədləşmə aparılaraq qoyulan həmin pulların taleyi isə naməlumdur. Bu vəsaitlər qaytarılacmı, deyə biznesin narahatçılığı çox böyükdür.

Pandemiyanın “vurduğu” biznesin üstəlik həmin banklardakı pullarının naməlum taleyi isə ciddi narahatlıq doğurur.  

Eləcə də bax: Devalvasiya olacaq, yoxsa ehtiyatlar əriyəcək?

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun isə arqumenti belədir ki, müştərilər öz hesablarını açanda banklara qarşı tələbkar olmalıdırlar. “Başa düşürük ki, bəlkə də insan bütün həyatını sərf edib ki, biznesini yaratsın. 10-15 nəfərin işlədiyi bir biznesi var, amma bu gün pulunu verə bilmir. Amma bütün dünyada bu məsələlər belədir, əvvəlcə fiziki şəxslərin pulları qaytarılır. Gərək müştəri seçimini düz etsin, banklara qarşı tələbləri yüksək olsun. Bu mənim dostumun bankıdır, burada hesab açım, yanaşma belə olmamalıdır”.

Gələcəkdə bankların reytinqlərinin hazırlanacağını bildirən AMB sədri məsləhət olaraq sistem banklarını, dövlət banklarının xidmətini təklif etdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department