Rusiyanın iri holdinqinin baş direktoru azərbaycanlı oldu
Rusiyanın iri “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsinə Nazim Əfəndiyev təyin edilib.
ENA.az xəbər verir ki, o, həmçinin baş direktorun birinci müavini – kommersiya direktoru vəzifəsini yerinə yetirəcək.
Şirkətin sabiq baş direktoru 52 yaşlı Andrey Variçev aprelin 27-i ağır xəstəlikdən vəfat edib.
Qeyd edək ki, Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü ilin aprelin 16-ı Bakıda anadan olub.