BİZNES

ABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton koronavirusla bağlı Çin mallarının idxalına əlavə rüsumlar tətbiq edə bilər.

ENA.az” “TASS”a istinadən xəbər verir ki, Ağ Evin liderinə “ABŞ hökuməti koronavirusla bağlı cəza tədbiri kimi Çinə olan borc öhdəliklərini yerinə yetirməkdən imtina edə bilərmi?” sualına cavabında Tramp bunun başqa şəkildə edilə biləcəyini qeyd edib:

“Daha böyük miqdarda pul qazanmaq üçün əlavə rüsumlar tətbiq edilə bilər”.

Tramp həmçinin, ABŞ-ın Çinə olan 1 trilyon ABŞ dolları həcmində olan borcunu qaytarmamaqla hədələyib. 

Qeyd edək ki, ABŞ hökümətinin borclanmaq üçün buraxdığı borc qiymətli kağızların 1 trilyon ABŞ dollarını məhz Çin tərəfindən alınıb və Çin hər il bu qiymətli kağızlara investisiya edir, yəni ABŞ Çin qarşısında borclanır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)