Fransa iqtisadiyyatı tarixi tənəzzülə uğradı
Fransa iqtisadiyyatı ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasından sonra tənəzzülə uğrayıb. Banker.az xəbər verir ki, bu barədə “MarketWatch” məlumat verib.
Fransa statistika agentliyinin qeyd etdiyi kimi, bu dövr üçün Avrozonanın ikinci ən böyük iqtisadiyyatı 2019-cu ilin dördüncü rübündə 0,1% azalmadan sonra 2020-ci ilin birinci rübündə 5,8% azalmışdır.
“The Wall Street Journal” tərəfindən sorğulanan iqtisadçılar 4,2% azalma proqnozlaşdırırdılar.
Mütəxəssislərin fikrincə, hazırkı vəziyyət 2009-cu il maliyyə böhranı ilə müqayisədə daha pisdir və bu, yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar olub.
Qeyd edək ki, valyuta bloku ölkələrinin ÜDM-si ötən rüb ilə müqayisədə yanvar-mart ayında 3,8% azalıb. Bu, 1995-ci ildən bəri qeydə alınan ən böyük rüblük azalmadır.