Bank

Banklara dollar satışı azalıb, alışı isə kəskin artıb

ENA.az xəbər verir ki, bu ilin üç ayında banklar əhalidən 343 milyon 153 min dollar alıb, əhaliyə isə 1 milyard 647 milyon dollar satıblar. Bu isə o deməkdir ki, bankın satdığı dolların həcmi aldığı dollardan 4,8 dəfə çoxdur.

Eyni zamanda digər valyutaların dövriyyəsində də artım müşahidə edilir. Məsələn, dollardan sonra daha məşhur olan avronun alışı da yüksəlib. Əhali banklara 29 milyon 505 min avro satıb, 93 milyon 509 min avro alıb. 

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni aylarında banklar əhalidən 461 milyon 287 min dollar almışdı, 608 milyon 431 min dollar satmışdı. Bu isə 1.3 dəfəlik bir artım deməkdir. Göründüyü kimi, builki dollar ajiotajı daha yüksək oldu.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)